“Udineze”dən “Tottenhem”ə
“Tottenhem” heyətinə yeni oyunçu qatmağa hazırlaşır. “Spurs” “Udineze”nin müdafiəçisi Destini Udoqi ilə razılaşıb.
Transferin məbləği 20 milyon avrodan çox olacaq. Eyni zamanda, 19 yaşlı italiyalı 2022/23 mövsümünü icarə əsasında “Udineze”də keçirəcək. Bundan sonra yeni komandasına qoşulacaq.