Üçüncü het-trik: Mövsümdə ilk

Üçüncü het-trik: Mövsümdə ilk

Azərbaycan Premyer Liqasında mövsümün 3-cü het-triki qeydə alınıb. “Qarabağ”ın futbolçusu Leandro Andrade XXX turun “Səbail”lə görüşündə 3 qola imza atıb.

Portuqaliyalı yarımmüdafiəçiyə qədər yalnız Davit Volkov het-trik müəllifi olub. “Zirə”nin hücumçusu I turda “Səbail”, XV turda “Sumqayıt”ın qapısına 3 dəfə yol tapıb. Maraqlıdır ki, het-trik qeydə alınan hər üç qarşılaşma 4:1 hesabı ilə başa çatıb.

Volkovun 3 qol vurduğu matçlar ev oyunları olub və 2024-cü ilə təsadüf edib. Andrade cari mövsümdə səfərdə het-trik edən ilk oyunçudur. O, həm də 2025-ci ildə bunu bacaran ilk futbolçu olub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” “1600”ə çatdı

Növbəti yazı

“Qəbələ”dən 300-cü qələbəsi