Üçüncü dəfə A seriyasında

Üçüncü dəfə A seriyasında

İtaliya A seriyasına vəsiqələrdən birinin sahibi bəlli olub. “Frozinone” yenidən yüksək liqaya yüksəlib.

Fabio Qrossonun yetirmələri bunu B seriyasının 35-ci turunda təmin edib. “Recina”nı 3:1 hesabı ilə qalib gələn “Frozinone” 71 xalla çempionatın lideridir.

Pley-offa yollanacaq 3-cü pillədən 13 xal öndə olan komanda sona üç tur qalmış A seriyasına vəsiqə qazanıb. Komanda tarixində 3-cü dəfə elitada oynayacaq. 2015/16 və 2018/19 mövsümlərində 19-cu yeri tutan “Frozinone” hər iki cəhdində yenidən B seriyasına yuvarlanıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”dan səfər qələbəsi

Növbəti yazı

300-cü qələbə