Üç ulduz ərəblərin təklifini qəbul etmədi

Üç ulduz ərəblərin təklifini qəbul etmədi

Səudiyyə Ərəbistanı klublarından təklif alan daha üç ulduz futbolçu bəlli olub. “Barselona”nın hücumçusu Robert Levandovski, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne və “Real”ın müdafiəçisi David Alaba ərəblərin maraq dairəsinə düşüb.

Hər üç futbolçu bu təklifləri rədd edib. Levandovski və de Bruyne təklifi nəzərdən keçirdikdən sonra indiki klubunda qalmağa üstünlük verib. Alaba isə Asiya variantını nəzərdən belə keçirmədən imtina edib.

Kevin karyerasını Mançester klubunda başa vurmağa qərar verib. O, heç bir kluba keçməyəcəyini bildirib.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” satışa çıxarılıb

Növbəti yazı

Günün kuponu – 12.09.2023