Üç avrokubok turnirində qol vuran ilk futbolçu

Üç avrokubok turnirində qol vuran ilk futbolçu

İtaliyanın “Roma” klubunun futbolçusu Lorenso Pelleqrini tarixi nailiyyətə imza atıb. Yarımmüdafiəçi Avropa miqyaslı hər üç klub turnirində qol vuran ilk futbolçu kimi tarixə düşüb.

O, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında qol sevinci yaşayıb. Lorenso ilk dəfə keçirilən qitənin üçüncü dərəcəli klub turnirində qol hesabını dünən açıb.

Pelleqrini qrup mərhələsinin I turunda Bolqarıstan ÇSKA-sının qapısına yol tapıb. 5:1 hesablı qələbəyə töhfə verən Pelleqrini bunadək Çempionlar Liqası və Avropa Liqasında da qol vurmağı bacarıb.

Xatırladaq ki, Lorenso bu qarşılaşmadan sonra “Roma” ilə müqaviləsini uzadıb.

ETOPAZ

Əvvəlki yazı

Nilikina “Dallas”da

Növbəti yazı

Koman ürəyindən əməliyyat olundu