U-16 millimiz ikinci oldu
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında final matçına çıxıb. Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda Rusiya yığması ilə qarşılaşıb.
Qarşılaşma Rusiya millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, yığmamız turnirin gümüş medallarına layiq görülüb.
III MDB Oyunları
Final
14:00. Azərbaycan – Rusiya 2:3












