Tuxeldən tarixi nəticə
Tomas Tuxel İngiltərə yığmasının tarixinə düşüb. O, komandanın ilk 3 oyununu qələbə ilə başa vuran mütəxəssis kimi fərqlənib.
Almaniyalı məşqçi bu ilin yanvarında “üç şirlər”ə rəhbərlik edir. İngiltərə millisi Tuxelin başçılığı ilə DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi hər 3 matçda 3 xal qazanıb. İngilislər Albaniya (2:0), Latviya (3:0) və Andorraya (1:0) qalib gəliblər.
Qeyd edək ki, İngiltərə millisi növbəti görüşünü iyunun 10-da Seneqala qarşı keçirəcək.