Tuxel “Palmeyras”ı gözləyir
Tomas Tuxel haqqında sevindirici xəbər yayılıb. Belə ki, o, koronavirusdan sağalaraq komandasına qoşulub.
Alman çalışdırıcı bu səbəbdən Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatında fevralın 9-də keçirilən “Əl-Hilal” ilə yarımfinal matçında texniki zonadan göstəriş verə bilməmişdi. Onun yoxluğuna baxmayaraq, “Çelsi” 1:0 hesabı ilə qalib gələrək finala adlayıb.
48 yaşlı çalışdırıcı bu gün keçiriləcək “Palmeyras”a qarşı final oyununda komandasına rəhbərlik edə biləcək.