Tuxel “Bavariya”nı tərk edəcək
“Bavariya”da ayrılıq baş verəcək. Komandanın baş məşqçisi Tomas Tuxel postunu tərk edəcək.
Bunu klubun mətbuat xidməti açıqlayıb. 50 yaşlı almaniyalı mövsüm başa çatdıqdan sonra münhenlilərlə vidalaşacaq. Məşqçi ilə müqavilənin 2025-ci ilin yayına kimi uzadılması nəzərdə tutulsa da, komandanın uğursuz çıxışı bu planın pozulmasına səbəb olub.