Turun mərkəzi görüşündə qalib müəyyənləşmədi
Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub. Son oyun günü Bakı derbisi ilə yadda qalıb.
“Sabah” “Neftçi”ni qəbul edib. Matç qarşılıqlı hücumlarla başlayıb. Hesab ilk hissədə açılıb. Boyan Letiç meydan sahiblərini sevindirib. “Ağ-qaralar”ın buna cavabı 2-ci yarıda gəlib. Rəhman Hacıyevin ötürməsindən sonra Con İrasabala toxunan top qapıdan keçib. Bundan sonra tərəflərin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib – 1:1.