Türkiyənin rəqibi bəlli oldu

Türkiyənin rəqibi bəlli oldu

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olub.

B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bəlli olub. “Ay-ulduzlular” bu mərhələdə Macarıstanla qarşılaşacaq. 

Qeyd edək ki, oyunlar martda təşkil ediləcək.

Millətlər Liqası

1/4 final cütləri:

Niderland – İspaniya

Danimarka – Portuqaliya

Xorvatiya – Fransa

İtaliya – Almaniya

A/B Liqasının pley-off mərhələsi:

Türkiyə – Macarıstan

Ukrayna – Belçika

Avstriya – Serbiya

Yunanıstan – Şotlandiya

B/C Liqasının pley-off oyunları:

Kosovo – İslandiya

Bolqarıstan – İrlandiya Respublikası

Ermənistan – Gürcüstan

Slovakiya – Sloveniya

C/D Liqasının pley-off mərhələsi:

Cəbəllütariq – Latviya

Malta – Lüksemburq

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”da yeni müqavilə

Növbəti yazı

AFFA-da “Sabah”ın futbolçuları ilə görüş