Türkiyə yığmasında ciddi itkilər

Türkiyə yığmasında ciddi itkilər

Türkiyə yığmasının heyətində dəyişikliklər olub.  Bu barədə TFF məlumat yayıb. 

2 futbolçunun heyətdən kənarlaşdırıldığı bildirilib.

Belə ki, Mert Günok və Yunus Akgün milli komandanın heyətindən çıxarılıb. Buna hər iki futbolçunun zədələnməsi səbəb olub.

Vinçenzo Montella zədəli futbolçularının əvəzinə Rayyan Baniyanı heyətə cəlb edib. 

Qeyd edək ki, Türkiyə – Macarıstan matçının (ilk oyun – 3:1) cavab oyunu sabah saat 21:00-da baş tutacaq. 

ETOPAZ

Əvvəlki yazı

Lukman “Barselona” yolunda

Növbəti yazı

Dzekonun burnu sındı