Türkiyə və İtaliya mundialdan kənarda qaldı

Türkiyə və İtaliya mundialdan kənarda qaldı

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinə start verilib. Yarımfinalın 4 qarşılaşması baş tutub.

A yolunda finala vəsiqə uğrunda Uels – Avstriya görüşü baş tutub. Qaret Beylin dublu sayəsində britaniyalılar finala yüksəlib. Uelsin rəqibi iyunda keçiriləcək Şotlandiya – Ukrayna oyununda müəyyənləşəcək. Final görüşü də həmin ayda baş tutacaq.

B yolunda İsveç Çexiyanı məğlub edib. Əlavə vaxta gedən qarşılaşmanın taleyini bir qol həll edib. Skandinaviyalılar finalda Polşaya rəqib olub. Həlledici matç 29 martda Polşada keçiriləcək.

C yolunun yarımfinal qarşılaşmalarında Portuqaliya Türkiyəni, İtaliya Şimali Makedoniyanı qəbul edib. Pireneylilər 3:1, makedoniyalılar 1:0 hesabı ilə qalib gəliblər. Final görüşü martın 29-da Portuqaliyada baş tutacaq.

Qeyd edək ki, Rusiya yarışdan kənarlaşdırıldığından Polşa birbaşa finala yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Canni de Byazi: “Heyətin özəyini formalaşdırmağa çalışırıq”

Növbəti yazı

Uruqvayla Ekvador DÇ-2022-də