Türkiyə tarixinin rəmzi ”11-liyi”
Türkiyə futbol tarixinin rəmzi komandası açıqlanıb. Bu “11-liy”i İFFHS müəyyənləşdirib.
Komanda 3-4-3 sistemi üzrə qurulub. Qapıda Rüştü Rəçbər yer alıb. Müdafiəyə Fatih Terim, Alpay Özalan, Bülent Korkmaz seçilib. Orta xəttə Əmrə Bəlözoğlu, Tuqay Kərimoğlu, Can Bartu və Oğuz Çətin layiq görülüb. Metin Oktay, Hakan Şükür, Tanju Çolak üçlüsü isə hücumda yerini alıb.