Türkiyə millisinin futbolçusu İngiltərə klubuna keçdi
Türkiyə millisinin və “Fənərbaxça”nın futbolçusu Ozan Tufan karyerasını İngiltərədə davam etdirəcək. İstanbul təmsilçisinin yarımmüdafiəçisi Premyer Liqa klubu “Uotford”a keçib. O, yeni klubuna icarə əsasında qoşulub. İki klub arasında anlaşmaya əsasən, böyük britaniyalılar Ozanı birdəfəlik transfer etmək hüququna malikdir.