Türkiyə millisində itki
Türkiyə millisi itki ilə üzləşib. “Ay-ulduzlular”ın hücumçusu Ener Ünal AVRO-2024-ün heyətindən çıxarılıb.
Buna “Bormunt”un şərəfini qoruyan forvardının zədələnməsi səbəb olub. 27 yaşlı futbolçunun millinin son məşqində sol ayağının baş barmağı sınıb. Müayinələrdən sonra məlum olub ki, zədə AVRO-2024 ərəfəsində və çempionatın gedişində tam sağalmayacaq.