Türkiyə millisində itki
Türkiyə milli komandasının heyətində itki baş verib. Müdafiəçi Emirhan Topçu zədələnib.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməəti məlumat yayıb.
Ayaq əzələsindən zədə alan “Beşikatş”ın futbolçusu heyətdən çıxarılıb. 25 yaşlı mərkəz müdafiəçisi müalicə almaq üçün klubunun düşərgəsinə qayıdıb.
Qeyd edək ki, Türkiyə millisi sabah evdə Bolqarıstanı qəbul edəcək.












