Türkiyə millisində dəyişiklik
Türkiyə millisinin heyətində dəyişiklik olub. Merih Demiral yığmaya dəvət edilənlər siyahısından çıxarılıb.
Buna səbəb mərkəz müdafiəçisinin klubu “Atalanta”nın tələbi olub. İtaliya klubu “İnter”lə qarşılaşmadan sonra Türkiyə Futbol Federasiyasına məktub göndərib. Onların tələbini nəzərə alan qurum Merihin yığmaya çağırılmamasını qərara alıb.