Türkiyə millisində 2 ayrılıq
“Qalatasaray”ın 2 futbolçusu Türkiyə millisinin heyətindən çıxarılıb. Bu barədə Türkiyə Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.
Monteneqro ilə görüşdə (1:0) zədələnən Barış Alper Yılmaz və sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Kaan Ayhan düşərgədən ayrılıb.
Qeyd edək ki, Türkiyə millisi oktyabrın 14-də İslandiyanın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.