Türkiyə, İspaniya və Şotlandiya AVRO-2024-də
AVRO-2024-ün seçmə mərhələsində VIII tura start verilib. Dörd qrupda ümumilikdə 8 oyun keçirilib.
Türkiyə millisi öz meydanında Latviyanı böyük hesabla məğlub edib. D qrupunda yer alan “ay-ulduzlular” bu qələbə ilə AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıb.
A qrupundan iki komanda Almaniyada təşkil olunacaq yarışa yollanmaq hüququ əldə edib. İspaniya və Şotlandiya AVRO-2024-ə yüksəlib.
AVRO-2024-ün seçmə mərhələsi
VIII tur
15 oktyabr
A qrupu
Gürcüstan – Kipr – 4:0
Norveç – İspaniya – 0:1
D qrupu
Türkiyə – Latviya – 4:0
Uels – Xorvatiya – 2:1
E qrupu
Çexiya – Farer adaları – 1:0
Polşa – Moldova – 1:1
İ qrupu
İsveçrə – Belarus – 3:3
Rumıniya – Andorra – 4:0
Kosovo – İsrail – təxirə salınıb