Türkiyə irəlilədi, İtaliya və Azərbaycan yığmaları gerilədi

Türkiyə irəlilədi, İtaliya və Azərbaycan yığmaları gerilədi

Milli komandaların FİFA reytinqi açıqlanıb. Azərbaycan millisi bir pillə geriləyib. Canni de Byazinin yetirmələri 1139,02 xalla planetin 1120-ci komandasıdır.

Türkiyə yığması 1472,72 xalla 37-cidir. “Ay-ulduzlular” 2 pillə irəliləyib.

“Top-10”da bəzi dəyişikliklər olub. İtaliya iki pillə geriləyib. İngiltərə, Argentina, Danimarka və Niderland hərəyə bir addım irəliləyib. “Narıncılar” “onluğ”a daxil olubsa, Meksika ən yaxşılar sırasını tərk edib.

1 (1). Belçika – 1828,45

2 (2). Braziliya – 1826,35

3 (3). Fransa – 1786,15

4 (5). İngiltərə – 1755,52

5 (6). Argentina – 1750,51

6 (4). İtaliya – 1740,77

7 (7). İspaniya – 1704,75

8 (8). Portuqaliya – 1660,25

9 (10). Danimarka – 1654,54

10 (11). Niderland – 1653,73

ETOPAZ

Əvvəlki yazı

Qazol ikinci divizionda

Növbəti yazı

Kevin de Breyne koronavirusa yoluxdu