Türkiyə çempionatında istefa
“Rizespor”un baş məşqçisi Hamza Hamzaoğlu istefa verib. “Göy-yaşıllar” Türkiyə Super Liqasında XXVI tur çərçivəsində “Başakşehir”i qəbul edib.
52 yaşlı mütəxəssis “Başakşehir”ə 0:2 hesabı ilə uduzduqdan sonra postundan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edirdi. Rize təmsilçisi 26 oyuna 23 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.