Türkiyə A, Gürcüstan B liqasında

Türkiyə A, Gürcüstan B liqasında

Bu gün 2024/25 UEFA Millətlər Liqası pley-off mərhələsinin cavab görüşləri keçirilib. Səkkiz oyunda kimin hansı liqada çıxış edəcəyi müəyyənləşib.

İki oyunun nəticəsinə görə qalib gələnlər daha üst liqaya, məğlub olanlar isə daha aşağı liqaya vəsiqə qazanıblar. Türkiyə, Yunanıstan və Serbiyanın A liqasına, Gürcüstan və Kosovonun B liqasına vəsiqə qazandıqları bəlli olub.

UEFA Millətlər Liqası, pley-off oyunları
A/B liqaları

23 mart
21:00. Macarıstan – Türkiyə 0:3 (ilk oyun 1:3)
21:00. Serbiya – Avstriya 2:0 (1:1)
21:00. 
Şotlandiya – Yunanıstan 0:3 (1:0)

B/C liqaları
23 mart
18:00. Gürcüstan – 
Ermənistan 6:1 (ilk oyun 3:0)
21:00. İslandiya – Kosovo 1:3 (1:2)

ETOPAZ

Əvvəlki yazı

Lunin “Qalatasaray”ın hədəfində

Növbəti yazı

Fransa Azərbaycan millisinə rəqib oldu