Türkiyə 3 xalı 3 qolla qazandı
AVRO-2024 həyəcanı davam edir. Bu gün F qrupunda mübarizəyə start verilib.
Türkiyə millisi Gürcüstanla qarşılaşıb. Görüşdə hesabı “ay-ulduzlular” açıb. Mert Müldür fərqlənib. Lakin gürcüstanlıların cavabı özünü çox gözlətməyib. Giorgi Mikautadze hesabı bərabərləşdirib. Buna baxmayaraq, Türkiyə futbolçuları Arda Gülər və Kərəm Aktürkoğlunun qolları ilə qələbə qazanmağı bacarıb – 3:1.