“Turan Tovuz”un qış planı bəlli oldu

“Turan Tovuz”un qış planı bəlli oldu

“Turan Tovuz” klubunun qış hazırlıq planı bəlli olub. Komanda yanvarın 4-də Türkiyəyə yola düşəcək.

Klub Antalyanın Belek bölgəsində yerləşən “IC Santai Belek” otelində məskunlaşacaq.

“Turan Tovuz”un Türkiyə toplanışı yanvarın 18-dək davam edəcək.

Baş məşqçi Kurban Berdıyev hazırlıq prosesi çərçivəsində komandanı iki yoxlama oyununda sınaqdan keçirəcək.

Qeyd edək ki, “Turan Tovuz” mövsümün ilk dövrəsini 27 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.

ETOPAZ

Əvvəlki yazı

”Araz-Naxçıvan”da ayrılıq

Növbəti yazı

Günün kuponu – 26.12.2025