“Turan Tovuz”dan yeni transfer
“Turan Tovuz” Kabo-Verde millisinin futbolçusu David Oliveyra Tavareşlə güclənib. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.
“Benfika”nın yetirməsi olan Tavareş son mövsümü Rumıniya “Buzau”sunda keçirib. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.