“Turan Tovuz”dan Yaponiya klubuna
Aleks Souza “Turan Tovuz”dan ayrılıb. 24 yaşlı futbolçu “Kyoto Sanqa”ya keçib.
Bu barədə Yaponiya klubunun mətbuat xidməti məlumat yayıb.
Souza ilə razılaşmanın detalları açıqlanmayıb.
Aleks bu mövsüm “Turan Tovuz”la Premyer Liqada 15 oyunda 3 qol vurub.













