“Turan Tovuz”dan son dəqiqə qələbəsi
Azərbaycan Premyer Liqasında XI tura start verilib. İlk oyun günündə bir matç baş tutub.
”Turan Tovuz” “Kəpəz”i qəbul edib. Meydan sahibləri görüşə üstün başlayıb. Veysəl Rzayev hesabı açıb. Qonaqlar isə Luis Paçunun qolu ilə bərabərliyə nail olub. Tovuzlular son dəqiqədə qələbə topunu vura bilib. Emmanuel Hakman komandasına 3 xal qazandırıb.
Qeyd edək ki, tura oktyabrın 27-də yekun vurulacaq.