“Turan Tovuz”dan qələbə
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. ”Turan Tovuz” ”Neftçi”ni qəbul edib.
Görüş qarşılıqlı hücumlarla keçib. İlk hissədə qapılara qol vurulmayıb. Hesab ikinci yarıda açılıb. Denis Marandiçi meydan sahiblərinə qələbə qazandırıb – 1:0.