“Turan Tovuz”dan PFL-ə müraciət

“Turan Tovuz”dan PFL-ə müraciət

“Turan Tovuz” bu gün “Şamaxı” ilə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı PFL-ə müraciət edib. Klub sosial şəbəkə hesabında bu barədə məlumat paylaşıb.

Müraciətdə deyilir: “Hava şəraiti səbəb kimi göstərilərək oyunun canlı yayımının baş tutmayacağı və VAR-ın olmayacağı dəqiqləşib. Bu səbəbdən klub olaraq rəsmi şəkildə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etmişik. Bir daha bəyan edirik ki, VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var.
Qeyd etmək istəyirik ki, bir neçə gün öncədən hava şəraitinin kəskin dəyişəcəyi haqda rəsmi proqnoz verilməsinə və bu haqda PFL-ə rəsmi məlumat verməyimizə baxmayaraq bu hadisələr baş vermişdir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası 24-cü turunun “Şamaxı” – “Turan Tovuz” matçı saat 14:30-a Şamaxı şəhər stadionuna təyin olunub.

ETOPAZ

Əvvəlki yazı

“Şamaxı” – “Turan Tovuz” matçı canlı yayımlanmayacaq

Növbəti yazı

Şamaxıda tovuzlular sevindi