“Turan Tovuz”dan minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında XXIII tur davam edir. Bu gün Tovuzda start götürüb.
“Turan Tovuz” “Araz-Naxçıvan”ı qəbul edib. Görüşün ilk yarısında hesab açılmayıb. İkinci hissədə qonaqlar azlıqda qalıblar. İqor Ribeyro meydandan kənarlaşdırılıb. 86-cı dəqiqədə Hayderson Hurtado meydan sahiblərinə qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.