“Turan Tovuz”dan minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında IX tur davam edir. Bu gün daha bir matç keçirilir.
“Turan Tovuz” “Zirə”ni qəbul edib. Görüş dramatik keçib. Oyunun ilk yarısında hesab açılmayıb. Qarşılaşmanın sonlarında Faiq Hacıyev vurduğu qol komandasına qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, tura “Sumqayıt” – “Qarabağ” matçı ilə yekun vurulacaq.