“Turan Tovuz”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında X tur davam edir. Üçüncü oyun gününə Tovuzda start verilib.
“Turan Tovuz” doğma meydanda “Şamaxı”nı qəbul edib. Matça qonaqlar üstün başlayıb. İlk hissənin sonlarında Rikardo Apolinario Aran təmsilçisini önə keçirib. Lakin komandanın sevinci çox çəkməyib. Robert Olabe hesabı bərabərləşdirib. İkinci yarıda Joarlem Santosun vurduğu qol isə həlledici olub – 2:1.
Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.












