“Turan Tovuz”dan böyükhesablı qələbə ilə zirvədə

“Turan Tovuz”dan böyükhesablı qələbə ilə zirvədə

Azərbaycan Premyer Liqasında VI tur davam edir. Son oyun gününə Bakıda start verilib.

“Turan Tovuz” paytaxtda “Kəpəz”i qəbul edib. Qərb derbisi meydan sahiblərinin üstünlüyü ilə keçib.

İlk yarının sonlarında Aleks Souza və Joarlem Santos hərəyə bir dəfə fərqlənib. Fasilədən sonra Filip Ozobiç fərqi üç topa çatdırıb.

3:0 hesablı qələbə qazanan “Turan Tovuz” xallarının sayını 12-yə yüksəldib. Qərb təmsilçisi bununla da çempionatın lideri olub. Ardıcıl 6-cı məğlubiyyətini alan “Kəpəz” isə sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”da itki

Növbəti yazı

Ozobiç 23-cü pillədə