“Turan Tovuz”dan böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasında XXXVI tur davam edir. Bu gün Qərb derbisi keçirilib.
“Turan Tovuz” “Kəpəz”i qəbul edib. Oyunda hesabı meydan sahibləri açıb. Aleks Souza fərqlənib. Çox keçmədən braziliyalı dublunu rəsmiləşdirib. İlk hissənin sonlarında Turan Manafov avtoqol müəllifi olub. Matçda son nöqtəni Ayxan Quseynov qoyub – 4:0.