”Turan Tovuz”dan bərabərlik
Yeni mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün ilk yoxlama matçına çıxıb. Tovuz təmsilçisi Türkiyə I Liqasının komandası “Çorum”la qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib -1:1.
Qeyd edək ki, “Çorum”un heyətində Azərbaycan millisinin üzvü Coşqun Diniyev də çıxış edir.













