“Turan Tovuz”dan 4 cavabsız qol
Azərbaycan Premyer Liqasında XI turun ilk oyun gününə yekun vurulub. Günün ikinci matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.
Tovuzda baş tutan Qərb derbisində böyük hesab qeydə alınıb. 4 cavabsız qol vuran meydan sahibləri üç xal qazanıb.
“Turan Tovuz”un heyətində Otto Con ilk yarıda hesabı açıb. Fasilədən sonra Roderik Miller, Sertan Taşkın və Luis Paçu qol sevinci yaşayıb – 4:0.
Qeyd edək ki, tura oktyabrın 30-da yekun vurulacaq.