“Turan Tovuz”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında IX tura start verilib. Turun açılış matçı Şamaxıda baş tutub.
“Karvan” “Turan Tovuz”u qəbul edib. İlk hissədə qapılara qol vurulmayıb. Hesab ikinci yarıda açılıb. Şakil Sno meydan sahiblərini sevindirib. Lakin qonaqların cavabı gecikməyib. Alexandro Serrano bərabərlik topunu vurub. Çox keçmədən Roberto Olabe komandasına qələbə qazandırıb – 2:1.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.












