“Turan Tovuz”dan əzmkar qələbə
Azərbaycan Premyer Liqasında XXX turun ikinci gününə start verilib. “Turan Tovuz” öz meydanında “Sabah”ı qəbul edib.
Qonaqlar Anatoli Nuriyevin erkən qolu ilə hesabı açıblar. Tovuz təmsilçisi ikinci hissənin əvvəlində Ayxan Hüseynov və Joarlem Santosun vurduğu qollarla əzmkar qələbə qazanıb – 2:1.
Bu oyundan sonra “Turan Tovuz” 47 xalla 4-cü, “Sabah” 36 xalla 5-cidir.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.