“Turan Tovuz”da yeni müqavilə
“Turan Tovuz” Roderik Millerlə müqavilə müddətini artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı müdafiəçi ilə 1+1 illik yeni müqavilə imzalanıb.
2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Miller artıq 58 matça çıxıb, 10 qol vurub.
Qeyd edək ki, Panama millisinin üzvü Tovuz təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatırdı.












