“Turan Tovuz” “Sabah”ı məğlub etdi

“Turan Tovuz” “Sabah”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilir. “Turan Tovuz” “Sabah”ı qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Hesab ilk hissədə açılıb. Aleks Souza komandasını sevindirib. “Bozqurdlar” ikinci yarıda daha bir dəfə fərqlənib. Otto Con adını tabloya yazdırıb. Tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişməyib – 2:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

De Zerbi İtaliyaya dönür

Növbəti yazı

“Qarabağ”dan ev qələbəsi