“Turan Tovuz” “Qarabağ” səddini adladı
Azərbaycan Premyer Liqasında XX tur sona çatıb. Tura Bakıda yekun vurulub.
“Qarabağ” “Turan Tovuz”u qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Musa Qurbanlı fərqlənib.
Lakin qonaqlar matçın sonlarında qələbə qazanmağı bacarıb. Öncə Kauan Martins hesabı bərabərləşdirib. Son dəqiqələrdə isə Otto Con komandasına qalibiyyəti gətirib – 2:1.