“Turan Tovuz” məğlub oldu

“Turan Tovuz” məğlub oldu

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununu keçirib. Kurban Berdıyevin komandası Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşıb.

Bu, Azərbaycan klublarının 2025-ci ildəki ilk beynəlxalq sınağı olub. Qarşılaşma rumınların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yoxlama oyunu
9 yanvar

16:30. “Turan Tovuz” – “Qloriya Buzau” (Rumıniya) – 0:2

Qeyd edək ki, “Turan Tovuz”un ikinci oyunu yanvarın 12-də baş tutacaq. Qərblilər Özbəkistan təmsilçisi “Paxtakor”la qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

Marmuş üçün 80 milyon avro