“Turan Tovuz” iki yoxlama matçı keçirəcək
Türkiyə təlim-məşq toplanışı çərçivəsində “Turan Tovuz” daha iki yoxlama oyununa çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tovuz təmsilçisi avqustun 2-də Albaniyanın “Flamurtari”, avqustun 5-də isə Mərakeşin “Vidad” komandaları ilə qarşılaşacaq.
Hər iki qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.











