“Turan-Tovuz” Antalyada “Paxtakor”la oynayacaq

“Turan-Tovuz” Antalyada “Paxtakor”la oynayacaq

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan-Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yanvarın 9-da komanda Rumıniyanın “Qloriya Buzau”su ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 17:00-da başlayacaq.

İkinci oyun 3 gün sonra təşkil olunacaq. Tovuz təmsilçisi Özbəkistan “Paxtakor”u ilə üz-üzə gələcək. Bu qarşılaşma da yerli vaxtla saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Kurban Berdiyevin komandası yanvarın 13-dək Antalyada hazırlığını davam etdirəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.01.2025

Növbəti yazı

“Səbail”dən ilk transfer