“Turan Tovuz” 3 xalı 3 qolla qazandı
Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub. Son oyun günündə 1 matç baş tutub.
”Turan Tovuz” “Şamaxı”nı qəbul edib. Görüş qonaqların üstünlüyü ilə başlayıb. Belajdi Pusi hesabı açıb. Meydan sahibləri buna Roderik Millerlə cavab verib. Hissənin sonlarında Edqar Ədilxanov qonaqları yenidən hesabda önə çıxarıb.
İkinci yarıda isə “bozqurdlar” üstünlüyə yiyələnməyi bacarıblar. Öncə Alexandro Serrano penaltini dəqiq yerinə yetirib. Ardınca Roderik Miller komandasına qələbə qazandıran qolu vurub – 3:2.