Türam “İnter”in hədəfində
Mönhenqladbax “Borussiya”sının və Fransa millisinin hücumçusu Markus Türam karyerasını İtaliyada davam etdirə bilər. Onun xidmətində “İnter” maraqlıdır.
Lakin transferi təşkil etmək üçün A Seriyası təmsilçisi heyətdə islahatlar aparmalıdı. Belə ki, milanlıların mövcud futbolçularından birini satması lazımdır.