Tuanzebe “Mançester Yunayted”dən ayrılacaq
“Mançester Yunayted”in müdafiəçisi Aksel Tuanzebenin durumu bəlli olub. O, mövsümlərarası fasilədə komandanı tərk edəcək.
Klub nümayəndələri futbolçu ilə gələcək əməkdaşlıqda maraqlı deyil. “Mankunianlar” artıq onun təmsilçilərinə yeni komanda tapmaq zərurəti ilə bağlı xəbərdarlıq edib.