Tsitsipasın 18-ci finalı
Dünyanın beşinci raketkası Stefanos Tsitsipas Monte-Karlodakı “Masters”in finalına yüksəlib. O, yarımfinalda Aleksandr Zverevi məğlub edib – 6:4, 6:2.
Onuncu dəfə görüşən rəqiblərin duelində yunanıstanlı 7-ci dəfə qalib gəlib. Tsitsipas “Top-10”dakı rəqiblər üzərində 25-ci dəfə qalibiyyət əldə edib.
Ardıcıl ikinci dəfə Monte-Karloda final oynayacaq Stefanos ATP seriyasında 18-ci, “Masters”də 4-cü dəfə həlledici görüşə yüksəlib. Karyerasında 7 titul olan tennisçi 8-ci zəfər üçün korta çıxacaq.