Tsitsipas “ATP Finals”la vidalaşdı

Tsitsipas “ATP Finals”la vidalaşdı

Kişi tennisçilər arasında ilin yekun turnirinin daha bir iştirakçısı yarışdakı çıxışını yarımçıq dayandırıb. Yunanıstanlı Stefanos Tsitsipas “ATP Finals”ı davam etdirə bilməyib.

Buna səbəb “Rolan Qarros”un finalçısının zədələnməsidir. Bu gün Kasper Ruuda qarşı keçiriləcək görüşdə Tsitsipası Kemeron Norri əvəzləyəcək.

Bununla da turnirdə ikinci ehtiyat tennisçi mübarizəyə qoşulacaq. Bunadək Matteo Berrettinini Yannk Sinner əvəzləmişdi.

Qeyd edək ki, turnirdə ehtiyat tennisçi qalmadığı üçün Aslan Karatsyov da dəvət edilib. Özündə narahatçılıq hiss edən Hubert Hurkaçın da yarışı davam etdirə bilməyəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” Vlahoviçlə anlaşdı

Növbəti yazı

İtaliya, Portuqaliya və Türkiyə üçün SON şans: PLEY-OFF NECƏ KEÇİRİLƏCƏK?